Qırğızıstanda yeni hökumət and içib

Sooronbay Jeenbekov (sağda) Mukhammetkalyi Abylgaziev-i təbrik edir

Aprelin 25-də Qırğızıstanda yeni hökumət and içib. Əvvəlki hökumət təxminən bir həftə öncə buraxılmışdı.

Yeni hökumətin rəhbəri Mukhammedkalyi Abylgaziev-dir. Ondan qabaq deputatlar namizədliyini prezident Sooronbai Jeenbekov-un irəli sürdüyü Otkurbek Jamshitov-u baş prokuror vəzifəsinə təsdiqləyib.

Jeenbekov əvvəlki baş nazir Sapar Isakov və hökumətini aprelin 19-da işdən çıxarıb. Deputatlar hökumətə etimadsızlıq səsverməsi keçirmişdilər. Səsverməni müxalifətdən olan deputatlar təşkil etmişdilər. Bundan öncə hökumətin müxalifət partiyalarının tənqid olunduğu hesabatı onları qəzəbləndirmişdi.

Keçmiş prezident Almazbek Atambaev-in rəhbərlik etdiyi hakim koalisiya da gözlənilmədən Isakov-u dəstəkləmədi və kabineti buraxıldı.

Jeenbekov Milli Təhlükəsizlik Komutəsinin rəhbəri Abdil Segizbaev-i də vəzifədən kənarlaşdırıb.