Pompeo dövlət katibi kimi NATO toplantısına qatılır

Mike Pompeo NATO toplantısına gəlir

Birləşmiş Ştatların dövlət katibi Mike Pompeo aprelin 27-də Brüsselə – NATO toplantısına gedib. O, dünən – aprelin 26-da bu vəzifəyə təsdiqlənib.

Keçmiş ordu zabiti, respublikaçı konqresmen olan Pompeo son 15 ayda Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsində çalışıb. O, prezident Donald Trump-ın sadiq tərəfdarı sayılır.

NATO nazirlərinin bu görüşündən sonra, iyulda liderlərin sammiti gözlənir.

Dövlət Departamenti rəsmisinin deməsinə görə, görüşdə Rusiyanın Ukrayna, Gürcüstan və Suriyaya “təcavüzü”, Avropanın cənub sərhədi boyunca təhlükəsizliyin gücləndirilməsi panları müzakirə olunacaq.

Pompeo-nun alyans üzvlərini hərbi büdcələrini artırmağa, 2024-cü ilədək hər il ÜDM-nin 2 faizini müdafiəyə xərcləməyə çağıracağı gözlənir.

Pompeo NATO-nun iclasından sonra – həftəsonu Səudiyyə Ərəbistanı, İordaniya və İsrailə səfər edəcək.