ADNA-dakı qətliamdan 9 il ötür

ADNA-da qətliam

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) korpuslarının birində (təzə bina-R) qətliamdan 9 il ötür. İstintaq materiallarına əsasən, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olaraq qarşısına çıxanları güllələyib. 12 nəfəri öldürüb, 15 nəfəri yaralayan F.Qədirov daha sonra baş nahiyəsinə atəş açaraq özünə qəsd edib.

Məhkəmə bu cinayət işində adları keçən Nadir Əliyev, Cavidan AmirovNəcəf Süleymanovu ömürlük, Ariz Qabulovu isə 11 il müddətinə azadlıqdan məhrum edib.

Həmin 4 nəfər məhkəmə prosesində istintaq zamanı onlara işgəncə verildiyini bildiriblər. Ancaq Azərbaycan rəsmiləri istintaq təcridxanaları və cəzaçəkmə yerlərində işgəncələrlə bağlı şikayətləri, bir qayda olaraq, qəbul etmirlər.