Pashinian-ın namizədliyi rəsmən irəli sürüldü

Nikol Pashinian etiraz aksiyasında

Ermənistan etirazlarının lideri Nikol Pashinian-ın baş nazirliyə namizədliyi rəsmən irəli sürülüb. Onun namizədliyini özünün Yelk alyansı verib.

Deputat Ararat Mirzoyan-ın AzadlıqRadiosu-na bildirməsinə görə, aprelin 30-da Yelk Pashinian-ın namizədliyini yekdilliklə irəli sürüb.

***

Ermənistan etirazlarının lideri Nikol Pashinian parlamentdə mayın 1-nə planlaşdırılan baş nazir seçkisiylə bağlı nikbinliyini dilə gətirib. O, bütün müxalifət fraksiyalarının dəstəyini artıq təmin edib. Aprelin 29-da isə hakim Ermənistan Respublika Partiyasının (HHK) rəhbərliyi ilə görüşüb.

Danışıqlardan bir neçə saat sonra Pashinian-ın tərəfdarları Yerevanın mərkəzindəki Respublika Meydanına yığışıb, vətəndaş itaətsizliyi aksiyalarını bərpa ediblər. 11 gün davam edən etirazların sonucunda baş nazir Serzh Sarkisian aprelin 23-də istefa verib.

***Buna da bax: Yerevanda vətəndaş itaətsizliyi aksiyaları bərpa olundu

“MÜBARİZƏMİZİ DAVAM ETDİRMƏLİYİK”

Bu gün görünən odur ki, məqsədimizə – qələbəmizə çatırıq – çünki əsas partiyalar Karen Kapapetian-ı baş nazir postuna namizəd irəli sürməyəcəklər. Ancaq hələ də düşünürük ki, mübarizəmizi davam etdirməliyik”, – tələbə etirazının lideri David Petrosian aprelin 29-da “Reuters”ə deyib.

Ölkənin minlərlə sakini hakim HHK-dan hakimiyyəti Pashinian-a ötürməyi, mayın –də onu baş nazir postuna seçməyi tələb edir

Pashinian etirazçılara deyib ki, “HHK fraksiyasının azı bir neçə üzvünün” mayın 1-də baş nazirliyə “xalqın namizədi”nə səs verəcəyini düşünür.

O, etirazçıları vətəndaş itaətsizliyinə fasilə verməyə, HHK deputatlarını zəng etməyi, email göndərməyi dayandırmağa çağırıb. Ancaq onları aprelin 30-da meydana qayıtmağa səsləyib.

Aprelin 29-da HHK-nın parlament fraksiyasının lideri Vahram Baghdasarian-la görüşdən sonra Pashinian jurnalistlərə deyib ki, Respublikaçı Partiyası üzvləri arasında parlamentdəki səsverməmi “əngəlləmək” əhvalı yoxdur.

***Buna da bax: Ermənistan: Hakim partiya baş nazirliyə namizəd verməyəcək

Mayın 1-də baş nazirin seçiləcəyi əhval-ruhiyyəsi var”, – o deyib, ancaq detalları açıqlamayıb.

HHK-NIN AZI 6 ÜZVÜNÜN DƏSTƏYİ LAZIMDIR

Baghdasarian jurnalistlərə deyib ki, əgər parlamentdəki digər fraksiyalar da onun namizədliyini dəstəkləyərsə, HHK Pashinian-ın seçilməsini əngəlləməyəcək.

Parlamentdə yeddi yerə sahib, hakim koalisiyasının keçmiş üzvü Dashnaktsutyun da 1 may seçkisində Pashinian-ın namizədliyini dəstəkləyəcəyini bildirib.

105 yerlik parlamentdə 58 yer sahibi HHK aprelin 28-də qərar verib ki, öz namizədini irəli sürməyəcək.

***Buna da bax: Yerevanda tələbələr yürüş keçirdi

Parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan Tsarukian Alyansı da Pashinian-a dəstək bildirib. Bu alyansın 31 yeri var.

Pashinian-ın Yelk alyansı isə 9 mandata sahibdir.

Bu o deməkdir ki, seçilməkdən ötrü Pashinian-a HHK-nın azı altı üzvünün dəstəyi lazımdır.