Suriyada raket zərbəsindən xeyli iranlı öldürülüb

Suriya ordusunun MI24 vertolyotu Dəməşqin cənubuna cələk bombaları buraxır, 27 aprel, 2018-ci il

Suriya mediası yazır ki, ötən gecə ölkənin şimalına endirilən hava zərbəsində çoxu iranlılar olmaqla, 26 hökumətyönlü döyüşçü həlak olub.

SANA xəbər agentliyinin aprelin 30-da hərbi mənbəyə istinadla yazdığına görə, Hamadakı vilayətlər və Hələb “düşmən raketlərinin yeni təcavüzünə məruz qalıb”.

Britaniyadakı Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı hücumun İsrail tərəfdən endirildiyi ehtimalının olduğunu bildirir. Zərbənin silah deposunu da hədəfə aldığı vurğulanır. Qurum ölənlər arasında 4 suriyalının olduğunu qeyd edir.

Tehran hökuməti Suriyadakı vətəndaş müharibəsində prezident Bashar Assad qüvvələrini dəstəkləməyə minlərlə döyüşçü göndərib.