Din xadimlərinin alacaqları bəlli olub

Sizin brauzer HTML5-i dəstəkləmir

Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?

Ölkə məscidlərində imamların, imam naibləri (müavinlərinin) və ziyarətgah mütəvəllilərinin (ziyarətgah xidmətçiləri) dövlətdən alacaqları maddi dəstəyin məbləği müəyyən edilib.

Bu barədə Dini Qurumlarla İş üzrə Dini Komitənin sədri Mübariz Qurbanlı danışıb.

«İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arasında maddi dəstək alacaqlar», - komitə sədri deyib.

Komitə sədri maddi vəsait alacaq din xadimlərinin siyahısının da artıq dəqiqləşdiyini nəzərə çatdırıb.

M.Qurbanlı vurğulayıb ki, siyahıya əsasən Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesabları vasitəsilə ödənişləri ala biləcəklər.

Komitə sədri siyahıda 1000 nəfərdən çox din xadiminin adının olduğunu bildirib.

Azərbaycanda indiyə kimi din xadimləri rəsmi olaraq dövlətdən maddı dəstək almayıblar. Bu məsələ bu ildən gündəmə gəlib.