AzadlıqRadiosu-nun jurnalistləri Kabildə dəfn olunub

(soldan sağa) Sabawoon Kakar / Abadullah Hananzai

Mayın 1-də AzadlıqRadiosu-nun jurnalisti Sabawoon Kakar Kabildə dəfn olunub. O, bir gün öncəki intiharçı hücumunda həlak olmuş 9 jurnalistdən biridir.

Dəfnə ailə üzvləri, dostları, həmkarları qatılıb.

Radionun həmin hücumda həlak olmuş digər əməkdaşı – Abadullah Hananzai, Kabil bürosunda çalışmaqdan ötrü təlim keçən Maharram Durrani də mayın 1-də torpağa tapşırılıblar.

Kakar beş ildi AzadlıqRadiosu-nda çalışırdı, xəbər süjetləri, reportajlar hazırlayırdı.

O, adətən intiharçı hücumlarından sonrakı durumu işıqlandırır, digər təhlükəli yerlərdən xəbərlər hazırlayırdı. Təhlükəli hadisələrdən çəkinməyən cəsarətli biri idi”, – Azad Əfqanıstan Radiosunun aparıcı redaktoru Qadir Habib deyib.