Rusiya bayrağının yerinə qoyulmasını tələb edir

Konsulluq bağlanır, 29 mart, 2018-ci il

Rusiyanın Vaşinqtondakı səfirliyi tələb edir ki, Sietldə bağlanmış konsulluqdan götürülmüş bayrağı yerinə qoyulsun.

Səfirlik iddia edir ki, bayrağın ötən həftəsonu götürülməsi beynəlxalq hüququn pozulması deməkdir, Rusiyanın milli simvoluyla “qəbuledilməz davranış”dır.

Ancaq ABŞ Dövlət Departamenti rəsmiləri mayın 2-də bildiriblər ki, baş konsulluğun iqamətgahı ötən ay boşaldıldığından bayraq da “sayqıyla” endirilib.

Rusiya səfirliyi binanı öz mülkiyyəti sayır və bayrağın yerində dalğalanmalı olduğunu deyir. Departament isə bildirir ki, konsulluq binası ABŞ hökumətinə məxsus ərazidə tikilib.

Sietldəki konsulluq Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsində Rusiya hökumətinin əli olmasıyla bağlı iddialar səslənəndən sonra qapadılıb.