Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycan/Avropa İttifaqı

Mayın 5-də Bakıda IV Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək.

Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatası məlumat verib.

Məlumata görə, forumda 500-ə yaxın işadamı, investorlar, hökumət nümayəndələri və başqa şəxslər iştirak edəcək.

Palata vurğulayıb ki, tədbirdə mövcud biznes imkanları müzakirə ediləcək.

Forum Palata və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun birgə əməkdaşlığı təşkil edilib.

Panel müzakirələri iqtisadiyyatın müxtəlif sahələri üzrə keçiriləcək.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı ilə «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqrama Azərbaycandan başqa Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistan daxildir.

Azərbaycanın xarici ticarətinin 30 faizindən çoxu Avropa İttifaqına daxil olan ölkələrin payına düşür.