ABŞ sanksiya qoysa, Türkiyə cavab tədbiri görəcək

S-400

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, əgər ABŞ onun ölkəsinə sanksiya tətbiq etsə, cavabını alacaq.

NATO üzvü olan Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemləri alır. Türkiyənin NATO-dakı müttəfiqləri bunu yolverilməz sayır.

ABŞ Ankaraya xəbərdarlıq edib ki, ən müasir F-35 təyyarələrini ona satmaqdan vaz keçə bilər.

Çavuşoğlu bildirib ki, təyyarələrin satışı baş tutmazsa, Ankara bunun qarşılığında cavab tədbiri görəcək.

Gələn həftə Çavuşoğlu rəsmi səfərlə Vaşinqtona yollanacaq.