Qüdsdə “ABŞ səfirliyi” yol nişanları vurulub

Qüds, arxiv fotosu

“Reuters” xəbər verir ki, mayın 7-də Qüdsdə azı üç “ABŞ səfirliyi” yol nişanı yerləşdirilib. Bir həftəyə burada ABŞ missiyasının açılacağı gözlənir.

İngilis, hibru və ərəb dillərində olan nişanlar Qüdsün cənubundakı ABŞ konsulluğu yaxınlına qoyulub. Mayın 14-də Təl Əvivdəki ABŞ səfirliyinin rəsmən buraya köçürüləcəyi gözlənir.

Prezident Donald Trump dekabrda Qüdsü İsrailin paytaxtı kimi tanımağa qərar verib. İsrail bu qərarı alqışlayıb, ərəb dünyası, elə ABŞ-ın Avropadakı müttəfiqləri isə tənqid edib.

Səfirliyin 2019-cu ildə köçürüləcəiyi gözlənirdi. Amma İsrail bürokratik əngəlləri qaldırmaqla prosesi sürətləndirdi.

Hazırkı ABŞ səfirliyi müvəqqəti məkan sayılır. Qüdsün başqa bir yerində daimi səfirlik tikmək planları var.