Ötən il ənənəvi nəşriyyatların elektron kitablarının satışı 10% azalıb

Illüstrasiya

Ötən il ənənəvi nəşriyyatların elektron uşaq kitablarının satışı 22%, yeniyetmələr üçün nəzərdə tutulan kitabların satışı isə 8% aşağı düşüb.

Ənənəvi nəşriyyatlar 2017-ci ildə önvcəki ilə nisbətən 10% daha az kitab satıblar. Britaniyanın PubTrack Digital şirkətinin yaydığı məlumatda belə deyilir. 2016-cı ildə satılan kitabların ümumi sayı 180 milyon, 2017-ci ildə isə 162 milyon olub.

Ancaq bu xəbər son bir neçə il ərzində ənənəvi nəşriyyatların elektron kitab satışı trendlərini izləyənləri təəccübləndirməyib. Marketinq tədqiqatları üzrə ixtisaslaşmış Nielsen's şirkəti bildirir ki, ən böyük 30 ənənəvi nəşriyyatın 2016-cı il üçün elektron kitab satışları 2015-ci ilin göstəricilərinə sinbətən 16% aşağı olub. Ancaq bu heç də çap olunan kitabların satışının artması, yaxud da cəmiyyətdə elektron kitablara marağın azalması demək deyil. Ötən il ənənəvi naşirlərin elektron kitabların satışının 10% azalması da tam mənzərəni göstərmir.

Ənənəvi nəşriyyatların satışları azalsa da, auditoriya daha çox müstəqil naşirlərə meyl etməyə və onları əsasən Amazonda seçməyə başlayıb. 2016-cı ildə Nielsen’s-in kitab və müştəri sorğusunun direktoru olmuş Jonathan Stolper bunun səbəbini qiymətlərdə görür. "Hansı kitabı almaq barədə qərar verən zaman elektron kitab alıcılarının ilk prioriteti qiymətdir", deyə Publishers Weekly nəşri Stolperdən sitat gətirib. 2015-ci ildə ən böyük beş nəşriyyat (Big Five) elektron kitabların qiymətini bir kitab üçün 8 dollar civarına qaldırıb. Bu isə müstəqil naçirlərin qoyduğu qiymətdən (3 dollar) xüyli yüksəkdir.

Nəticədə ənənəvi nəşriyyatlar bu addımları ilə özlərini bazardan çıxarmış olublar. Onlrın satışlarının 2017-ci ildə 10% azalması da bir daha sübut edir ki, ənənəvi naşirlərin kitabın qiymətinə əlavə etdikləri məbləğ elektron kitab alıcılarını qiymətin ucuzluğu qədər maraqlandırmır. Qeyd edək ki, hər hansı bir kitab ənənəvi naşirlər tərəfindən redaktə və ya reklam olunduqda onun qiyməti artır.

2017-ci ildə ən yaxşı satılan ənənəvi elektron kitabların siyahısı onu göstərir ki, ənənəvi nəşriyyatlar satış səviyyəsini yüksəltmək üçün müəyyən amillərə güvənirlər. Bəzi bestsellerlər müəlliflərinin adına görə bestseller olub. Dan Brown-un "Mənşə" ("Origin") və John Grisham-nin "Kamino adası" ("Camino Island") kitabları 2017-ci ilin ən yaxşı satılan ənənəvi elektron kitabları arasında müvafiq olaraq ikici və üçüncü yeri tutub.

Bəzi bestsellerləri populyarlaşdıran get-gedə siyasiləşən ictimai mühit olub. J.D. Vance-in "Kəndçi elegiyası" ("Hillbilly Elegy") və George Orwell-in "1984" əsərləri bu qəbildəndir. Bu iki kitab ötən ilin bestseller siyahısında müvafiq olaraq dördüncü və on birinci yeri tutub.

Bəzi kitablarsa onların əsasında çəkilmiş seriallara görə populyarlaşıb. Ən çox satılan kitabların siyahısında doqquzuncu olan Liane Moriarty-nin "Böyük balaca yalanlar" ("Big Little Lies") kitabı bu qəbildəndir.

2017-ci ilin 1 nömrəli bestselleri isə tanınmış Kanada yazıçısı və şairəsi Margaret Atwood-un "Qaravaşın hekayəsi" ("The Handmaid’s Tale") kitabı olub. Kitab ilk dəfə 1985-ci ildə işıq üzü görsə də, ötən il eyniadlı populyar televiziya serialının çəkilməsindən sonra bestseller olub.

Amazon özünün Kindle Direct Publishing proqramında 2017-ci il ərzində azı min müəllifi məşhurlaşdırıb.

Nielsen's-in 2012 - 2015-ci il üçün təhlilləri göstərir ki, beş ən böyük nəşriyyatın elektron kitab satışı 12% azaldığı halda kiçik naşirlərin və özləri öz kitablarını nəşr etdirən müəlliflərin kitablarının bazardakı payı 23% yüksəlib. Əlbəttə, Amazonun satış gəlirləri də artıb. 2018-ci ilin birinci rübü ərzində satış 43% artaraq 51 milyard dollara çatıb. Buna səbəb şirkətin reklam biznesinin sürətlə böyüməsidir. 2018-ci ilin ilk rübü ərzində Amazonun reklam biznesində 100% artım qeydə alınıb.

2017-ci il üçün Author Earnings hesabatında deyilir ki, 2017-ci il ərzində ABŞ-da istehlakçıların kitaba xərclədikləri pulun ümumi məbləğinin 80%-i məhz Amazondan keçib.