Prezident Heydər Əliyevin məzarini ziyarət edib

H.Əliyevin məzarı

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etməkdən ötrü Fəxri xiyabana gəliblər.

Dövlət başçısı İ.Əliyev atası, keçmiş prezident Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

H.Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.