Mahathir Malayziyanı idarə etməyə ‘hazırdır’

Mahathir Mohamad-ın tərəfdarı

Mahathir Mohamad Malayziyanın növbəti baş naziri olmağa hazır olduğunu bildirir. O, 60 ilə yaxındır bu cənubşərqi Asiya ölkəsini idarə etmiş koalisiya üzərində sürpriz qələbə qazanıb.

Təcili durum yaranıb və indi, bu gün hökuməti formalaşdırmalıyıq”, – Mahathir mətbuat konfransında deyib. O, mayın 10-da baş nazir kimi and içəcəyini bildirib.

Mahathir Malayziyanı 1981-ci ildən 2003-cü ilədək idarə edib. Hazırda 92 yaşındadır və dünyanın ən yaşlı lideri olacaq.

Onun dörd partiyadan ibarət Barisan Nasional (BN) koalisiyası seçkidə baş nazir Najib Razak üzərində qələbə qazanıb. Vaxtilə Mahathir-in yaxını olmuş Razak sonrada onun qatı rəqibinə çevrilmişdi.

Mayın 10-da Razak məğlubiyyətini etiraf edib, “xalqın hökmünü qəbul etdiyini” söyləyib. Ancaq o, heç bir siyasi partiyanın sadə çoxluğu qazanmadığını, bu səbəbdən baş nazirin kim olacağına ölkənin kralının qərar verməli olduğunu bildirib.