“Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı da keçirilib və finalda yarışacaq 26 iştirakçının siyahısı yekunlaşıb.
Mayın 10-da Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya və Niderland mayın 12-də keçiriləcək final mərhələsinə keçib.
Rusiya, Gürcüstan, Latviya, Malta, Monteneqro, Polşa, Rumıniya və San Marino yarımfinaldan çıxa bilməyib.
Yarışmaçılara səslərin yarısını peşəkar münsiflər heyəti, qalanını izləyicilər verib.
Rusiyanı əlil arabasında çıxış edən Yulia Samoilova təmsil edirdi. O, ötən il Ukraynada keçirilən yarışmaya buraxılmamışdı.
Mayın 8-də birinci yarımfinalda da 10 iştirakçı seçilib. Beş ölkə və ev sahibi Portuqaliya finala avtomatik keçib.
Azərbaycan da bu il finala düşə bilməyib.
Artıq 63-cü ildir keçirilən “Eurovision” yarışmasına bu il 43 ölkə qatılıb. Ötən il portuqaliyalı müğənni Salvador Sobral qalib olduğundan builki müsabiqə Lissabonda keçirilir.