ABŞ-ın qırıcı təyyarələri Alyaskada Rusiyanın bombardmançı təyyarələrini tutublar

Tu-95

ABŞ-ın qırıcı təyyarələri mayın 11-də Rusiyanın 2 bombardmançı təyyarəsini tutublar.

İnsident Alyaska sahillərinin yaxınlığında qeydə alınıb.

AzadlıqRadiosunun CNN-ə istinadla verdiyi məlumata görə,Tu-95 təyyarələri hava hücumlarından müdafiə zonasına girəndə, ABŞ hərbi hava qüvvələrinin F-22 təyyarələri havaya qaldırılıb.

Komandanlığın məlumatına görə, Rusiya təyyarələri ABŞ-ın hava məkanına girməyiblər və tezliklə ABŞ sahillərindən uzaqlaşıblar.

Rusiya müdafiə nazirliyinin məlumatına görə, Rusiya təyyarələri həmin vaxt neytral zonada plan üzrə uçuş həyata keçirirmişlər.

Nazirliyik bildirir ki, F-22 təyyarələri Rusiya təyyarələrini 40 dəqiqə ərzində müşaiyət ediblər.

Qeyd edək ki, son illər bu cür insidentlərin artdığı müşahidə olunur, xüsusilə də Baltik və Şimal Dənizi üzərində.