Ukraynada rusiyalı jurnalist saxlanıb

Donetsk, arxiv fotosu

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın RIA Novosti xəbər agentliyinin ofisində axtarış aparıb, bir jurnalistini saxlayıb. Bu media qurumu Kiyevə qarşı “hibrid informasiya müharibəsi” aparmaqda suçlanıb.

Ukraynanın bu addımı mayın 5-də Rusiyanın qəzəbli reaksiyasına səbəb olub. Prezident Vladimir Putin-in sözçüsü deyib ki, Kirill Vyshinky-nin saxlanması işiylə əlaqədardısa, “biabırçılıq və qalmaqallı” hərəkətdir.

RIA Novosti-Ukraina-dakı həmkarlarının deməsinə görə, Rusiya vətəndaşı olan Vyshinsky Kiyevdəki evi yaxınlığında saxlanıb. SBU-nun sözçüsü Olena Hitlyanska da AzadlıqRadiosu-na jurnalistin saxlanmasını təsdiqləyib, amma detalları açıqlamayıb.

Hitlyanska Facebook-da yazıb ki, SBU və müstəntiqlər “təcavüzkar ölkə”nin bu media orqanları şəbəkəsi vasitəsiylə Ukraynaya qarşı hibrid informasiya müharibəsi apardığını üzə çıxarıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra tərəflərin münasibəti gərginləşib, münaqişədə 10 min 300-dən çox adam həlak olub.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ATƏT-in media azadlığı üzrə təmsilçisindən “prinsipial açıqlama” gözlədiklərini bildirib.