Trump-ın keçmiş kampaniya sədrinə ittihamlar qaldırılmayacaq

Paul Manafort

Birləşmiş Ştatlarda hakim xüsusi prokuror Robert Mueller-in prezident Donadld Trump-ın seçki kampaniyasının keçmiş sədri Paul Manafort-a qarşı qaldırdığı cinayət işini bağlamaqdan imtina edib.

Manafort Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisini iddia olunan müdaxiləsi ilə bağlılığı olmadığını bildirir. Amma ABŞ dairə məhkəməsinin hakimi Amy Berman Jackson Mueller-in tərəfini saxlayıb.

Manaforta ittihamlar Ukraynanın keçmiş rusiyapərəst prezident Viktor Yanukovych üçün lobbiçilik işilə əlaqədar irəli sürülüb. O, həmin fəaliyyətlə Trump-ın kampaniyasının başına keçməmişdən məşğul olub. İttihamlara çirkli pulyuma, Birləşmiş Ştatları aldatmağa cəhd, xarici hökumətin lobbiçisi kimi qeydiyyatdan keçməmək daxildir.

Manafort Ukraynadakı fəaliyyətinin 2016-cı il seçkisindən azı iki il öncə baş verdiyini deyərək işin bağlanmasını istəyirdi. Hakim Jackson isə qərar verib ki, müstəntiqlərin onun Yanukovych-lə işbirliyin araşdırması “məntiqi və məqsədəuyğun”dur.

Rusiya Birləşmiş Ştatlarda seçkiyə müdaxiləylə bağlı deyilənləri rədd edir.