Ukraynanın şərqinə BMT sülhməramlıları ‘yerləşdirilsin’

Andrzej Duda

Polşa prezidenti BMT Təhlükəsizlik Şurasından Ukraynanın şərqinə BMT sülhməramlılarını yerləşdirməyi xahiş edib. Missiyanın rusiyapərəst separatçılarla münaqişə zonası və Rusiya ilə sərhəd boyunca yerləşdirilməsi istənilir.

“BMT sülhyaratma missiyasının yerləşdirilməsinin tərəfdarıyıq”, – Andrzej Duda mayın 17-də Nyu Yokda keçirdiyi mətbuat konfransında deyib.

Bu ay BMT Təhlükəsizlik Şurasının prezidenti Polşadır.

Ukrayna Rusiya sərhədi boyunca BMT sülhməramlılarının yerləşdirilməsinə, rusiyalı hərbçilərin, silahların sərhəddən keçərək separatçılara köməyə gəlməsinin önlənməsinə tərəfdardır.

Ancaq Rusiya sentyabrda daha məhdud təkliflə çıxış edib, deyib ki, hazırda Ukraynanın şərqindəki 600 ATƏT müşahidəçisini qorumağa məhdud sayda BMT sülhməramlısının yerləşdirilməsini dəstəkləyir. Rusiyanın hazırladığı qətnamə layihəsində Ukrayna hərbçiləri və rusiyapərəst yaraqlılar arasındakı demarkasiya xəttində ATƏT müşahidəçilərini qoruyacaq sülhməramlarılardan söhbət gedirdi.

Ukrayna, onun Avropadakı müttəfiqləri və Birləşmiş Ştatlar bu təklifi rədd etdi.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox adam ölüb.