Dağlıq rayonlarda yağış gözlənir

Yağış

İyunun 6-da Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz mülayim cənub küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-18, gündüz 26-31, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacaq.

İyunun 6-da Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi açıqlanıb. Lakin səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimal edilir. Gecə 13-18, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti təxmin edilir.