Ukraynalı ombudsman Sentsov-la görüşə bilməyib

Lyudmyla Denisova

Ukraynalı ombudsman Lyudmyla Denisova deyir ki, ona kinorejissor Oleh Sentsov-la görüşməyə imkan verilməyib. Hazırda həbsdə aclıq aksiyası keçirən Sentsov ona qarşı qaldırılmış terrorçuluq ittihamının saxta olduğunu bildirir.

Facebook-da yaydığı video müraciətində Denisova deyib ki, iyunun 15-də Yamalo-Nenets regionundakı cəzaçəkmə müəssisəsinə gedib. Amma həbsxana rəsmiləri ona deyiblər ki, Sentsov-la görüşünə icazə verilməyib.

O, qərarın səbəbinin ona izah olunmadığını sözlərinə əlavə edib.

Amma Rusiyanın ombudsmanı Tatyana Moskalkova-nın bildirməsinə görə, Denisova-nın Sentsov-la görüşmək cəhdi “öncə əldə olunmuş razılaşmaları” pozub.

Sentsov 2014-cü ildə Krımda, Rusiya Ukraynanın bu regionunun ilhaq edəndən sonra həbs olunub, bir il sonra Rusiyada məhkəmə onu terror aktları planlaşdırmaqda təqsirli bilərək 20 illik həbsə məhkum edib.

Özü ittihamları rədd edir.