Dağlıq ərazilərdə dolu gözlənir

Foto arxiv

İyunun 17-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, axşama doğru arabir güclənəcəyi gözlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə,gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında isə arabir şimşək çaxacağı, yağış yağacağı vurğulanır.Bəzi yerlərdə yağıntının leysana keçəcəyi, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimal edilir.

Gecə 12-22, gündüz 29-34, dağlarda gecə 6-13, gündüz 13-18 dərəcə isti təxmin edilir.