Müdafiə Nazirliyində kollegiya iclası olub

Foto arxiv

Bu gün, iyunun 16-da Müdafiə Nazirliyində nazir Zakir Həsənovun rəhbərliyi ilə 2018-ci ilin qış tədris dövrünün yekunlarına dair geniş tərkibdə iclas keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin yadığı məlumatda bildirilir.
Tədbirdə müdafiə nazirinin müavinləri, qoşun növü komandanları, nazirliyin idarə rəisləri, birlik, birləşmə komandirləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəhbərləri və başqa vəzifəli şəxslər iştirak edib.
Verilən məlumata görə, kollegiya iclasında hesabat dövründə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə dinlənilib. Qoşunların hazırlıq vəziyyəti, xidməti və digər məsələlər müzakirə olunub.
“Müdafiə naziri 2018-ci ilin qış tədris dövründə Azərbaycan Ordusunun hazırlığının nəticələri və yay tədris dövründə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış edib”, məlumatda vurğulanır.
Müdafiə nazir Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərə hazırlıqla bağlı səlahiyyətli şəxslərə tapşırıqlar verib.

Xatırlatma

Bu il, iyunun 26-da Azərbaycan ordusunun yaradılmasının 100 ili qeyd ediləcək.Həmin gün “Azadlıq” meydanında parad keçirilməlidir.

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti (AC) yaradılıb.Həmin il Azərbaycan ordusunun əsası quyulub.1920-ci il aprelin 27-də AC Rusiya qoşunlarının işğalı nəticəsində süqut edib. Azərbaycan bir də müstəqilliyinə 1991-ci ildə qovuşub.