Dolu gözlənir

Foto arxiv

İyunun 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 17-20, gündüz 25-29 dərəcə isti olacaq.

İyunun 18-də Azərbaycanın əksər rayonlarında isə yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.

Gecə 12-20, gündüz 23-34, dağlarda gecə 5-15, gündüz 13-25 dərəcə isti təxmin edilir.