Cəbhəçi gənclərin buraxıldığı bildirilir

Azerbaijan -- police car Baku

İyunun 17-də günorta saatlarında Nizami rayonunda saxlandığı deyilən cəbhəçi gənclərin sərbəst buraxıldığı açıqlanıb.

Bu barədə AXCP-dən AzadliqRadiosuna Emin Səlimov məlumat verib.

Sizin brauzer HTML5-i dəstəkləmir

AXCP-çi gənclər sərbəst buraxıldı

Emil Səlimovun sözlərinə görə 10-dan çox fəalı saxlayaraq polis bölməsinə aparıblar. Amma 3 saatdan sonra heç bir xəbərdarlıq olmadan hamısı sərbəst buraxılıblar.

--

Məsələyə 24-cü Polis Bölməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq cəhdləri isə nəticə verməyib.

--

İyunun 17-də Bakının Nizami rayonundakı “Heydər Əliyev” parkında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup gəncinin saxlanaraq 24-cü Polis Bölməsinə aparıldığı bildirilir.

Bu barədə partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn AzadliqRadiosuna məlumat verib.

İlham Hüseyn deyib ki, partiyanın qərargahı olmadığından onlar adətən yığıncaqlarını açıq havada keçirirlər.

“ Gənclə Komitəsinin sədri və Rəyasət Heyətinin üzvü Emil Səlimov başda olmaqla üzvlər Abdulla Mahmudov, Məhəbbət Nağıyev, Hidayət Rəsulzadə və 4 xanımı polislər saxlayaraq bölməyə aparılıblar ”, İlham Hüseyn vurğulayıb.

Hazırda cəbhəçilərin polis bölməsinin qarşısında olduğu deyilir.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hazırda AXCP-nin 10-dan çox üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.

Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib.

Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.