Vladimir Putini istəyənlərin sayı getdicə azalır

Vladimir Putin

Rusiyada Vladimir Putini 2014-cü ildən sonra da prezident kimi görmək istəyənlərin sayı azalaraq, təxminən 51 faizə düşüb.

Bu barədə “Vedomosti” “Levada-sentr”ə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ötən ilin avqustunda bu göstərici 67 faiz idi.

“Levada-sentr” bildirir ki, son il ərzində ölkədə böyük dəyişiklik görmək istəyən rusiyalıların sayı 42 faizdən 57 faizə qalxıb.

Bu ilin martında Çeçenistan parlamentinin Rusiya Dövlət Dumasına təqdim etdiyi qanun layihəsində Rusiyada prezidentlik müddətinin dalbadal 3-ə qaldırılması nəzərdə tutulur.

Çeçenistan lideri Ramzan Kadyrov bundan əvvəl demişdi ki, nəqədər ki, Vladimir Putinin səhəti yaxşıdır, yeni prezident haqqında fikirləşmək lazım deyil.