Qazaxıstanda müxalifətçiləri tuturlar

Astana, Müxalifətçilər saxlanır. 23 iyun.

Son məlumata görə, onlarla insan tutulub. Astana, Almatı və digər şəhərlərdə saxlanmalar var.

***

İyunun 23-də Qazaxıstanın Astana şəhərində etiraz aksiyasına cəhd edən müxalifətçilər saxlanıb.

Onlar hazırda xaricdə yaşayan və Qazaxıstan hökumətini tənqid edən Muxtar Ablyazovun tərəfdarlarıdır.

Bir neçə etirazçı "pulsuz təhsil" tələbilə şəhər icra hakimiyyətinin önünə toplaşmağa cəhd ediblər.

Polis aksiyanın icazəsiz olduğunu bildirirək onları maşına basıb və naməlum istiqamətdə aparıb.