Türkiyədə yeni həbslər

Türk xüsusi xidmət orqanının əməkdaşı

Türkiyə polisi "çevriliş cəhdi" ittihamı ilə daha 47 nəfəri saxlayıb.

Onların ABŞ-da yaşayan və Türkiyə hakimiyyətinin 2 il əvvəlki çevriliş cəhdinin təşkilində suçladığı ilahiyyatçı Fətullah Gülənin tərəfdarları olduğu iddia edilir.

Saxlananların orduda dini müşavir olduqları deyilir.

İndiyəcən Türkiyədə oxşar ittiham 50 minə yaxın insana qarşı irəli sürülüb.

Son həbslər Türkiyədəki seçkilər ərəfəsinə təsadüf edib.