İngiltərə Panamanı darmadağın etdi

İngilis azarkeşləri qələbəni bayram edir. 24 iyun

İngiltərə yığması Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Panama millisini 6-1 məğlub edərək 1/8 finala yüksəlib.

Harri Keyn het-trik edib.

Eyni qrupda Belçika da 6 xal toplayaraq növbəti mərhələyə adlayıb.

İyunun 26-da bu komandalar üz-üz gələcək, amma bu yalnız qrupda kimin birinci olacağını müəyyən edəcək. Digər iki komandanın - Panama və Tunisin qrupdan çıxmaq şansı qalmayıb.