Trump deyir ki, qanunsuz miqrantlar məhkəməsiz ölkədən çıxarılmalıdır

Donald Trump

ABŞ prezidenti Donald Trump hesab edir ki, qanunsuz miqrantları ölkədən məhkəməsiz deportasiya etmək lazımdır.

Bu barədə AzadlıqRadiosu-nun Rusiya xidməti iyunun 25-də Trump-ın tvitter səhifəsinə istinadla yazır.

“Birləşmiş Ştatlar ölkəyə düşmək istəyənlərin hamısını qəbul edə bilməz. Ona görə də onlar heç bir məhkəmə olmadan tezliklə yaşadıqları yerlərə qaytarılmalıdırlar”, deyə Trump yazıb.