9 Avropa Birliyi ölkəsi “cəld reaksiya” qüvvələri yaradır

Emmanuel Macron və Angela Merkel

9 Avropa Birliyi ölkəsi “cəld reaksiya” qüvvələrinin yaradılması barədə razılaşma imzalamağa hazırlaşır.

Sənədi iyunun 25-də Lüksemburqda Fransa, Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, Niderland,İspaniya, Portuqaliya və Estoniyanın müdafiə nazirləri imzalamalıdırlar.

İtaliya da ilk olaraq bu layihəni dəstəkləsə də, yeni hökumət bundan imtina etdi.

Fransa prezidenti Emmanuel Macron ötən ilin sentyabrında belə bir hərbi qüvvə yaradılmasını təklif eləmişdi.

Macron hesab edir ki, ümumi qüvvədən təbii fəlakətlər də daxil olmaqla, dünyadakı kəskin böhranların həllində istifadə etmək olar.

NATO-nun baş katibi Jens Stoltenberg-da toplantıda iştirak edir.