Rusiya ABŞ-dan şikayətçidir

Maksim Oreshkin

Rusiya ABŞ-ın polad və alüminiuma əlavə rüsum tətbiq etməsindən Ümumdünya Ticarət Təşkilatına şikayət verib.

Bu barədə iyunun 29-da “İnterfaks” agentliyi Rusiyanın iqtisadi inkişaf nazirliyinə istinadla məlumat yayıb.

İdarənin rəhbəri Maksim Oreshkin bildirib ki, buna səbəb, ABŞ-ın bu tədbirlə Ümumdünya Ticarət Təşkilatının qaydalarını çoxsaylı şəkildə pozması olub.

O qeyd edib ki, mübahisənin həllinin ilk mərhələsində həll yolu tapmaq üçün Rusiya ilə məsləhətləşmələr aparılacaq.

ABŞ prezidenti Donald Trump 2018-ci il martin 23-də bir sıra ölkələrdən idxal olunan polad və alüminiuma əlavə rüsüm tətbiq edilməsi barədə qərar qəbul edib.

Bu Avropa Birliyi, Kanada və Çinin də narazılığına səbəb olub.