Instagram Snapchat-ı 'tozda qoyub'

İllüstrasiya

İnstagram sosial şəbəkəsinin aylıq istifadəçilərinin sayı 400 milyona çatıb.

Bu sosial şəbəkə Facebook-a məxsusdur.

Keçən il bu vaxt İnstagram-dan ayda 250 milyon insanın istifadə etdiyini nəzərə alanda artımın çox böyük olduğu görünür.

İnstagram son göstəriciləri ilə Snapchat,-ı xeyli üstələmiş olub.

Snapchat-ın aylıq istifadəçilərinin sayı 191 milyondur.

2016-cı ildə Instagram Stories-ə başlayanda çoxları bunu Snapcha-ın klonunu yaratmaq cəhdi kimi qiymətləndirdi.

24 saatdan sonra yoxa çıxan foto və videolar paylaşmaq imkanı ilə yanaşı İnstagram öz istifadəçilərinə Snapchat tipində filtrlərdən də istifadə etmək şəraiti yaratdı.

Buna da bax: Facebook-dan WhatsApp-ə ‘köç’ başlayıb

Bu filtrlər insanlara öz postlarına gül-çiçək və s rəsmlər əlavə etmək imkanı yaradır.

Cəmi 8 aya Instagram-ın Stories-i Snapchat-ın gündəlik fəal istifadəçilərinin sayını keçdi.

İnstagram öz istifadəçilərinə yeniliklər təqdim etməkdə davam edir.

Bunlar GIF-lər və s. kimi populyar vasitələrdir.

İndi Instagram-ın, ümumilikdə, 1 milyarda yaxın aktiv istifadəçisi var.

Bir müddət əvvəl Facebook ətrafında böyük qalmaqal yarananda, bir çox ekspertlər bunun sözügedən şəbəkəyə ciddi zərbə vuracağını bildirmişdi.

Facebook-un, istifadəçilərin şəxsi məlumatlarını qaranlıq siyasi fəaliyyətlə məşğul olan Britaniya şirkəti ilə paylaşdığı ortaya çıxmışdı.

Amma İnstagram-ın populyarlaşması Facebook-a yeni nəfəs verdi.

Əgər İnstagram Facebook-a məxsus olmasaydı, ayıca şirkət olsaydı, dəyəri 100 milyard dollar olardı.

Bunu "Bloomberg Intelligence" bildirir.

Facebook İnstagram-ı 2012-ci ildə 1 milyard dollara alıb.