Rusiyanı və islahatları müzakirə edəcəklər

Ukraynada etirazçı, 2013-cü il

İyulun 9-da Avropa Birliyi və Ukrayna illik sammit keçirəcəklər. Onların Kiyevin islahat gündəmini, 2014-cü ildə Rusiyanın Krımı tutmasını və Ukraynanın şərqində separatçıları dəstəkləməsini müzakirə edəcəyi gözlənir.

Brüsseldə keçiriləcək sammitdə Ukrayna prezidenti Petro Poroshenko-nun da iştirak edəcəyi gözlənir. Bu, sentyabrda AB və Ukrayna arasında assosiasiya sazişi qüvvəyə minəndən ilk belə toplantıdır.

Saziş 2013-cü ilin noyabrında imzalanacaqdı. Ancaq prezident Viktor Yanukovych Moskvanın təzyiqi ilə bundan imtina etdi və Ukraynada kütləvi etirazlar başlandı. Yanukovych 2014-cü ilin fevralında hakimiyyətdən getməli oldu. Rusiya isə Ukraynanın bütün bunlara Krım yarımadasını ilhaq etməklə reaksiya verdi.

O vaxtdan Ukraynanın şərqindəki münaqişədə 10 min 300-dən çox adam həlak olub.

AB bildirir ki, builki sammitdə tərəflər assosiasiya sazişinin icrasını, azad ticarət zonasını, Ukraynanın islahatlarını müzakirə edəcəklər.