Baş nazir Türkiyəyə gedir

N.Məmmədov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Azərbaycanı baş nazir Novruz Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda deyilir.

Nümayəndə heyəti iyulun 9-da Türkiyənin paytaxtı Ankaraya yola düşüb.

Bu il iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib, indiki prezident Ərdoğan səslərin 52%-ni toplayaraq prezident seçilib.