Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, bastainfo.az saytının baş redaktoru Mustafa Hacıbəylinin polisə aparılıb.
Bu haqda partiyanın başqanı Arif Hacılı bildirib. Onun sözlərinə görə, M.Hacıbəylini Binəqədi Rayon Polis İdarəsinə aparıblar:
«Təxminən 1 saat bundan əvvəl mülkigeyimli 4 polis nəfəri Mustafa Hacıbəylinin yaşadığı mənzilə gəlib. Evdən onun Müsavat Partiyasının qərargahında olduğunu deyiblər. Həmin polislər Mustafa Hacıbəylini qərargahdan polis idarəsinə apardılar».
A.Hacılının sözlərinə görə, polislər M.Hacıbəylinin idarəyə aparılmasının səbəbləri barədə heç bir şərh verməyiblər.
Müsavat başqanı mətbuat xidməti rəhbərinin polisə aparılmasını onun peşə fəaliyyəti ilə izah edib.
Binəqədi Rayon Polis İdarəsindən M.Hacıbəyli ilə bağlı hələlik məlumat almaq mümkün olmayıb.