Assad-ın oğlu riyaziyyat olimpiadasına qatılıb

Hafez al-Assad

Suriya prezidenti Bashar al-Assad-ın yeniyetmə oğlu Rumıniyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasına qatılıb. Bunu Rumıniyanın təhsil rəsmisi deyib.

16 yaşlı Hafez al-Assad illik yarışmaya 100 ölkədən gəlmiş 615 şagird arasındadır.

Artıq 59-cu dəfə təşkil olunan yarışma iyulun 14-dək Rumıniyanın qərbindəki Kluc-Napoka şəhərində keçirilir.

Assad ötənilki müsabiqədə 615 şagird arasında 528-ci olmuşdu.

Kluc-Napokanın məktəblər üzrə müfəttişliyinin rəhbəri Valentin Cuibus “Frans Pres” agentliyinə deyib ki, yeniyetmə “adi şagird münasibəti istəyir və özü də belə davranır. O, 18 ölkədən gəlmiş şagirdlərin qaldığı oteldə qalır”.