Mer məzuniyyətə getdi, işdən çıxarıldı

Almazbek Atambaev (öndə, solda) və Albek Ibraimov, 2017-ci il

Qırğızıstan paytaxtı Bişkekin meri məzuniyyətdə ikən işdən çıxarılıb.

Şəhər şurasının üzvləri iyulun 13-də etimadsızlıq səsverməsi ilə Albek Ibraimov-un vəzifədən kənarlaşdırılmasına səs veriblər.

Bir həftə öncə onun müavini Renat Makenov hakimiyyətdən sui-istifadə ittihamıyla həbs olunub.

Ibraimov 2016-cı ildən mer idi, keçmiş prezident Almazbek Atambaev-in müttəfiqi olub.

Atambaev dövründə baş nazir vəzifəsində çalışmış Jantoro Satybaldiev və Sapar Isakov ötən ay korrupsiya işi çərçivəsində həbs olunublar.

Apreldə isə prezident Sooronbai Jeenbekov Atambaev-in rəhbər vəzifədə olan bir neçə müttəfiqini işdən çıxarıb. Bu, indiki prezidentlə sələfi arasında uçurumun dərinləşdiyini göstərir. Keçmiş baş nazir olan Jeenbekov ötənilki prezident seçkisində Atambaev tərəfindən dəstəklənirdi.