Türkiyə Pakistana öz istehsalı olan 30 döyüş vertolyotu satmağa razılaşıb. Bu, Ankarana bir dəfəyə imza atdığı ən böyük hərbi satış hesab olunur.
Anadolu dövlət xəbər agentliyi iyulun 13-də bildirib ki, T129 ATAK vertolyotlarının satışı üzrə razılaşmanı Türkiyənin Aerokosmik Sənayelər qurumu və Pakistanın Müdafiə İstehsalı Nazirliyi imzalayıblar.
Xəbərdə bildirilir ki, Türkiyə qarşı tərəfi logistika, ehtiyat hissələri, təlim, sursatla da təmin edəcək.
Agentlik razılaşmanın məbləğini açıqlamasa da, Türkiyə mediası onun 1,5 milyard dollara yaxın olduğunu xəbərləyir.
Pakistan sentyabrdan bəri hərbi texnika almaqdan ötrü yeni bazarlar axtarışındadır. O zaman Birləşmiş Ştatlar bu ölkəyə 1 milyard dollarlıq hərbi yardımın kəsildiyini elan edib. Prezident Donald Trump İslamabadın Pakistana sığınmış Taliban yaraqlılarının öhdəsindən gələ bilmədiyini vurğulayıb.