İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev pakistanlı həmkarı Məmnun Hüseynə başsağlığı verib.

Bu haqda prezidentin rəsmi saytı məlumat yayıb.

“Hörmətli cənab Prezident, Mastunq şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu amansız terror aktından son dərəcədə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını zəruri və vacib hesab edirik ", - başsağlığı məktubunda deyilir.

İyulun 13-də Pakistanda keçirilən seçki kampaniyası ilə bağlı iki ayrı partlayış hücumunda azı 130 nəfər həlak olub və daha 180 nəfər yaralanıb.