USAID rəhbəri Azərbaycanda fəaliyyətə başladı

USAID

Cey Sinqh ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində vəzifəsinin icrasına başlayıb.

Qurumdan verilən məlumatda deyilir.

«Bizim Azərbaycan xalqı ilə möhkəm dostluğumuz var. Regionda inkişaf lokomotivi ola biləcək sabit və firavan Azərbaycan uğrunda dostluğumuzu və tərəfdaşlığımızı gücləndirməyi ümid edirəm», - C.Sinqh bildirir.

O, əsas prioritetlərdən birinin iqtisadi və siyasi tərəfdaşlığı dərinləşdirmək məqsədilə hər iki ölkədə özəl sektorla işləmək olacağını bildirib.

Bu təyinata qədər diplomatik xidmət əməkdaşı olan C.Sinqh təşkilatın Vaşinqtondakı baş ofisində və s. ölkələrdəki missiyalarda aparıcı vəzifələrdə çalışıb.

USAID Azərbaycanda 1991-ci ildən fəaliyyətə başlayıb. Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünə humanitar yardım göstərib.

1998-ci ildə USAID humanitar yardım proqramlarından daha geniş iqtisadi, sosial və demokratik inkişaf proqramlarına keçid edib.