Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Təbrik məktubu futbol üzrə XXI Dünya Çempionatının uğurla keçirilməsi münasibətilədir. O, bu çempionatın tarixə bu cür turnirlərin «ideal təşkili, hazırlanması və keçirilməsi nümunəsi» kimi daxil olacağını bildirib.
İ.Əliyev fransalı həmkarı Emmanuel Makronu isə Fransa futbolçularının qələbəsi və ikinci dəfə dünya çempionu adını qazanması münasibətilə təbrik edib.
Azərbaycanın ölkə başçısı Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə bu ölkənin yığma komandasının «yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək» tarixində ən böyük müvəffəqiyyətə nail olaraq - gümüş medal qazanması münasibətilə təbrik məktubu göndərib.