I və IV ixtisas qrupu üzrə imtahanlar başlayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Ali məktəblərə keçid balının aşağı salınmasına necə baxırsız? [Sorğu]

Dövlət İmtahan Mərkəzi iyulun 18-də 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. Bu barədə DİM məlumat verib.

İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda keçirilir.

«Ümumilikdə imtahanlar 49 binada aparılır, imtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunub. İmtahanda 26332 abituriyentin iştirakı gözlənilir. Onlardan 21734 abituriyent I qrup üzrə, 4598 abituriyent IV qrup üzrə imtahan verəcək», - DİM bildirir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlamalı və 3 saat davam etməlidir.

Azərbaycanda ali məktəblərə qəbul imtahanları 2017-ci ildən etibarən ildə iki dəfə keçirilir. İlk dəfə imtahana qatılanlar imtahanlarda ödənişsiz iştirak edirlər. İkinci dəfə imtahana qatılmaq istəyənlər ödəniş edirlər.