Belaruslu jurnalist “polisə hücum”a görə məhkum edilib

Dzmitry Halko məhkəmədə, 17 iyul, 2018-ci il

Ukraynanın şərqindəki münaqişədən reportajlar hazırlayan belaruslu jurnalist Minskdə dörd illik “azadlığın məhdudlaşdırılması” cəzasına məhkum edilib.

Məhkəmənin iyulun 17-də çıxardığı qərarla Dzmitry Halko ötən dekabrda Belarusun paytaxtında polis zabitinə hücumda təqsirli bilinib.

Jurnalist dörd il ərzində xüsusi koloniyada qalmalı, müəyyən saatlarda penitensiar xidmətin seçdiyi istehsalat obyektində işləməlidir.

Halko Ukrayna münaqişəsindən reportajlar hazırlayıb, 2014-cü ildə ölkənin şərqində rusiyapərəst separatçılar tərəfindən saxlanılıb.

O, məhkəmənin qərarını “siyasi motivli” adlandırıb.