Slovakiya şübhəli terrorçunu Rusiyaya verib

Aslan Yandiyev

Slovakiya Rusiyada terror hücumlarında əli olmaqda şübhəli bilinən çeçeni Moskvaya ekstradisiya edib. Bunu Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib.

1978-ci ildə doğulmuş Aslan Yandiyev iyulun 17-də Moskvaya verildiyi xəbər verilir.

FSB-nin məlumatına görə, Yandiyev 2006-cı ildə Şimali Osetiya regionunun paytaxtı Vladiqafqazda terror hücumları törətməkdə şübhəli bilinir.

FSB bildirir ki, Yandiyev-in silahlı qrup tərkibində, çeçen hərbi komandiri Shamil Basayev-in birbaşa göstərişi altında işləyib, 2010-cu ildə saxta sənədlərlə Rusiyanı tərk edərək Avropa Birliyinə gedib.

Moskva ilə çeçen separatçıları arasında iki müharibənin əsas fiquru olan Basayev 2006-cı ildə partlayışda öldürülüb.