İyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə Azərbaycan və İtaliya prezidentləri İlham Əliyevlə Serco Mattarella da iştirak ediblər.
Dövlət başçıları çıxışlar ediblər.
Azərbaycanın Birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyeva ilə İtaliya prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.
İtaliya prezidenti S.Mattarella iyulun 18-dən Azərbaycanda rəsmi səfərdədir, dövlət rəhbərlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, tərəflər arasında bəzi sənədlər imzalanıb.