ABŞ Ukraynaya müdafiə məqsədilə 200 milyon dollar ayırır

ABŞ Ukraynaya müdafiə məqsədilə 200 milyon dollar ayırır

ABŞ müdafiə nazirliyinin məlumatına görə, bu vəsait Ukrayna hərbçilərinin təkmilləşdirilməsi, onların təhcizatı və hərbi məsləhətləşmələrə sərf olunacaq.

Məlumatda qeyd edilir ki, ABŞ 2014-cü ildən bu yana Ukrayna ordusunun gücləndirilməsinə 1 milyard dollardan çox vəsait ayırıb.

Bu maliyyə vəsaiti mövcud hərbi əməkdaşlıq proqramı çərçivəsində ayrılır.

ABŞ müdafiə nazirliyinin bəyanatında bildirilir ki, Ukrayna çoxdandır ki, milli təhlükəsizlik sahəsində qanun imzalayıb ki, bu onun NATO ölkələri ilə əməkdaşlığına hüquqi baza yaradıb.

ABŞ bundan əvvəl Ukraynaya tank əleyhinə “Javelin” raketləri də daxil olmaqlamüdafiə silahları göndərilməsi barədə də qərar qəbul edib.