Toyda 14 nəfər zəhərləndi

Foto arxiv

Göyçay rayonunda keçirilən toy mərasimində qidalanma nəticsində kütləvi şəkildə halı pisləşənlər olub.

APA yazır ki, meyvə şirəsi içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstələrə qusma və ishal əlamətlərinə görə ilkin olaraq kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi bəlli olacaq.

Faktla bağlı araşdırma aparılır.