Kanadada silahlı bir nəfəri öldürüb, 14 nəfəri yaralayıb

Arxiv fotosu

Kanadanın Qriktaun şəhərində silahlı bir qadını öldürüb, 14 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Məlumatı Toronto polisi yayıb.

Polis hücumun iyulun 22-də axşam baş verdiyini, yaralılar arasında bir uşağın da olduğunu bildirir.

Global News polisdəki mənbəyə istinadla yazır ki, şübhəli özünü öldürməmişdən öncə polisə də atəş açıb.

Xəbər agentlikləri şahidlərin 25-dək atəş səsi eşitdiyini xəbər verir.

Yaralıların durumu barədə informasiya yoxdur.

Polisin sözçüsü Mark Pugash-ın deməsinə görə, atışmanın terrorçuluqla bağlı olub-olmadığını söyləmək üçün tezdir.