Bələdiyyəyə məxsus ilk marşrut xətti

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda avtobus sərnişinlərinin bu dərdinə kim çarə qılacaq?

Zirə-Mərdəkan qəsəbələri arasında hərəkət edən 152 saylı marşrut xətti Zirə bələdiyyəsinin yaratdığı hüquqi şəxsin ixtiyarına verilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin iyulun 23-də yaydığı məlumatda deyilir.

Məlumata görə, bu bələdiyyə xəttilə yaradılan və müntəzəm fəaliyyət göstərən ilk marşrutdur və marşrutun bu statusu qazanması həm Zirə kənd sakinlərinin, həm də bələdiyyənin müraciəti əsasında baş tutub.

Ay ərzində bu marşrut xətti üzrə Zirə-Mərdəkan, eləcə də əks istiqamətdə 15-16 min sərnişinin daşındığı bildirilir.

Bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır, bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi, seçkili bələdiyyə orqanları mövcuddur.

Azərbaycanda bələdiyyələr 12 dekabr 1999-cu il seçkilərindən sonra yaranıb.

Ölkədə 1771 bələdiyyə var.

Azərbaycanda bələdiyyələrin səlahiyyətləri o qədər də geniş deyil və müəyyən mənada yerli icra hakimiyyətlərindən asılı haldadırlar.